Knauf logo

 

 
universal suvaq qarışığı  üzlük suvaq qarışığı

 

KNAUF Rotband-Qrund - Astar qarışığı 

Rotband-Qrund nə üçün lazımdır? Astarlama, adgeziyaya – suvağın səthlə etibarlı birləşməsinə güclü təsir göstərir. İkinci, bundan az olmayan mühüm funksiya – səth üzərində, onun suvaq məhlulunun suyunu hopdurmasının qarşısını alan xüsusi örtüyün yaranması hesabına suvaqda çatların yaranmamasını təmin etməsidir. Bu zaman örtük səthi qapamır, onun “nəfəs alma” qabiliyyətini qoruyub saxlayır. Başqa sözlərlə, Rotband-Qrund – istənilən bəzək-tamamlamanın başıdır. Ona görə də, materialın keyfiyyəti və onun düzgün tətbiqi mühüm əhəmiyyət kəsb edir. Rotband-Qrund astar qarışığından istifadə etmək çətin deyil: 

  • O, bütün səth material tipləri üçün yararlıdır; 
  • O, tətbiq üçün hazırdır; 
  • O, tez quruyur.

Ən əsası səthi emal etmək və onun qurumasını gözləməkdir. İndi, səth, Rotband suvağının çəkilməsinə hazırdır.

 

Başlıca məsələyə dair qısaca:

Tətbiq: suyu hopduran əsasların emalı.

Sərfiyyat: 0,4 l/m2-dən başlayaraq 

Quruma müddəti: temperaturun +23°С və havanın nisbi rütubətliliyinin 50% oluğu halda təqribən 8 saat.

Qablaşdırma: vedrə 15 və ya 10 kq.

Saxlama müddəti: ağzı açılmamış qablaşdırmada 12 ay.

 

Astar qarışığı  ilə bağlı tez-tez verilən suallar:

Astar qarışığından istifadə etmək nə üçün zəruridir?

Rotband-Qrund astar qarışığı hopdurma qabiliyyətini tənzimləyir və müxtəlif əsasların adgeziyasını yaxşılaşdırır, gips suvaqda və üzlük suvaqda çatların əmələ gəlməsinin qarşısını alır.

 

Universal Rotband-Qrund astar qarışığı necə təsir göstərir?

O, məsamələri bağlayan örtüyün əmələ gəlməsi hesabına əsasın hopdurma qabiliyyətini azaldır. Gips suvaq çatlar yaranmadan bərabərsəviyyəli quruyur. Bu zaman, divar, su buxarını keçirmə qabiliyyətini qoruyub saxlayır.

 

Rotband-Qrund astar qarışığından hansı səthlərdə istifadə etmək olar?

Rotband-Qrund silikat və keramik kərpic, məsaməli beton, gips və sement suvaqlardan olan hörgünün emalı üçün istifadə olunur.

 

Əsasın hopduruculuq qabiliyyətini necə müəyyən etmək olar?

Çox sadə. Emal edilən sahə suyu fırçanın və ya məişət çiləyicisinin köməyi ilə çəkin. Əgər səthdə su damcılar şəklində qalırsa, onda əsasın sıxlığı yüksəkdir, hopduran deyil.

Bu halda, səthə KNAUF-Betokontakt astar qarışığı çəkilməlidir. Əgər, səthdə damcılar görünmürsə, deməli, onu Rotband-Qrund astar qarışığı ilə emal etmək lazımdır.

 

Düzgün astarlamanın üç addımı

1. Səthin yoxlanılması

İşlərə başlamazdan əvvəl emal edilən səthi nəzərdən keçirmək zəruridir. Səth təmiz, tozdan və laylanan hissəciklərdən təmizlənmiş olmalıdır, əmin olun ki, əsas ovulmur. Bunun üçün iti əşyanı səthə çəkin və ya əvvəlcə səthə skotç yapışdırın, sonra da qoparın. Əgər ovuntular yoxdursa, lentə heç nə yapışmayıbsa - əladır! Növbəti mərhələ - quruluğun yoxlanılmasıdır. Əgər, siz, kif və rütubətizləri tapmısınızsa – onları təmizləyin.  

2. Səthin hazırlanması

Fırçanın köməyi ilə bütün səpələnən və kövrək (boş) hissəcikləri kənarlaşdırın. Hamar səthlərə (məsələn, yağlı boya) nahamarlıq verin.

Tələb olunan hava temperaturunu təmin edin: o, astarın tam qurumasına qədər +5°С ilə +25°C aralığında olmalıdır.

3. Astarlama

Val-vərdənə və ya fırçanın köməyi ilə əvvəlcədən qarışdırılmış Rotband-Qrundu səthə çəkin. Astarın qurumasını gözləyin (astarlamadan 8 saatdan az keçməməklə). Bundan sonra emal edilmiş səthə suvaq çəkmək olar. Diqqət yetirin ki, suvaqlamaq üçün etibarlı əsasın yaradılmasından ötrü bir dəfə çəkmə kifayətdir.

 

Rotband peşəkarlarından məsləhət:

Astarlamadan dərhal sonra istifadə olunmuş alətləri təmiz su ilə yumağı tövsiyə edirik.

 

Copyright © 2013, Knauf
ankara escort çankaya escort çankaya escort escort bayan çankaya istanbul rus escort eryaman escort ankara escort kızılay escort istanbul escort ankara escort ankara escort escort ankara istanbul rus Escort atasehir Escort beylikduzu Escort Ankara Escort malatya Escort kuşadası Escort gaziantep Escort izmir Escort